Tehran Universitetinin professor-müəllim heyəti, tələbələri və burada namaz qılanlar bu gün - aprelin 27-si şənbə günü Tehran Universitetinin qarşısına toplaşaraq amerikalı və avropalı universitet tələbələrinin qiyamına dəstək nümayiş etdirmiş və Amerika polisinin tələbələri döyməsi hərəkətini pisləyiblər.
Tehran Universitetinin akademikləri, professorları, tələbələri və əməkdaşları qondarma İsrail rejimi tərəfindən məzlum Fələstin xalqına qarşı zorakılıq və qətliamları və Amerikanın bu uşaq qatili olan rejimə dəstəyini pisləyən Amerika və Avropa akademik ictimaiyyətinin oyanmış vicdanlarının etirazına dəstək olaraq “Amerikaya ölüm, İsrailə ölüm və İngiltərəyə ölüm” şüarları ilə Amerika polisinin aksiyanı dağıtmadakı zorakı hərəkətlərini qınadılar.
Sizin rəyiniz